KONTAKTOR (ELEKTROMAQNİT İŞƏBURAXICISI)

Salam, bu dəfəki məqalədə avtomatik idarəetmə sistemlərində çox istifadə olunan cihaz, elektromaqnit işəburaxıcısı (qısaca kontaktor adlandıraq) haqqında yazıram. Kontaktor əsas iki hissədən ibarətdir: elektromaqnit və kontaktlar. Elektromaqnit dediyimiz özü mis sarğı və dəmir nüvə olmalqa iki hissədən ibarətdir. Sarğının iki ucuna AC vəya DC gərginlik tətbiq olunduqda dəmir nüvədə maqnit sahəsi yaranır və digər metal parçaları özünə çəkir. Aşağıda kontaktorun elektromaqnitinin və kontaktlarının necə olduğu göstərilmişdir. Solda qapalı, sağda isə açıq kontakt təsvir edilmişdir.

qapalıaçıq           Kontaktorlar kiçik güclü dövrəylə yüksək güclü dövrələri idarə etmək üçün ideal vasitədir. Elektromaqnit hissəsi 12, 24 və 220 və s. voltla işəyə bilən kontaktorlar vardır. Sağda gördüyünüz kontaktorun elektromaqnitinə gərginlik tətbiq olunduqda soldakı kimi kontaktlar qapanacaq. Nəzərə alın ki, şəkildə nüvələr azacıq aralıdır amma əslində tam bir birinə oturmalıdır. Aralı olması kontaktorun nasaz olması deməkdir.

Müxtəlif şəkildə qoşulma dövrələri mövcuddur. Mən bu yazımda kontaktora START və STOP düymələri necə qoşulduğunu göstərəcəyəm. Bunun üçün iki ədəd açar lazım olacaq.

pusbutton_switcheslAçarlardan biri açıq kontaktlı, digəri qapalı kontaktlı olmalıdır. Dövrənin sxemi aşağıdakı kimidir.puskatel380

WP_001476Sxemi oxumağı bacarmayanlar üçün aşağıdakı açıqlamalı sxemi çəkib sizə təqdim edirəm. Dövrənin necə qoşulması və işləməsi ilə bağlı digər məlumatlar videoçarxda göstərilmişdir. Əgər əlavə edəcəyiniz bilgilər varsa aşağıda şərhlərə yazın.

KONTAKTOR (ELEKTROMAQNİT İŞƏBURAXICISI)” üçün 2 şərh

  1. Salam. Sualım kontaktorun bobininin qoşulması ilə bağlıdır.
    Deməli 0,4 kV-luq paylayıcı qurğuda iki ədəd giriş və bir ədəd aralıq bölmə kontaktoru mövcuddur. (AVR sistemi mövcud deyil)Aralıq bölmənin kontaktorunun bobini 380 V -la çalışır. Sual: Əgər biz həmin 380 V-la çalışan bobinə iki fərqli giriş xətlərindən ixtiyari bir fazasından bəsləmə gərginliyi versək nə baş verər?(məs: 1-ci girişin B fazası ilə ikinci girişin C fazasına qoşularsa bobin)

    1. Salam. Gec cavablandırdığım üçün üzür sitəyirəm. Əgər fazlar eyni mənbədəndirsə heç bir problem yoxdur. Tamamilə fərqli mənbələrdən olarsa (məsələn: B fazı şəbəkədən, C fazı isə generatordan) kontaktor işləməyəcək.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma