ARDUİNO nədir?

Salam dostlar. Bu məqalədə Arduino nədir sualına cavab verməyə çalışacağam. Bundan başqa növbəti bir neçə məqalədə Arduino ilə sadə praktiki məşğələlər yazmağı düşünürəm. Məqsədim təməl bilgilərin çatdırılmasıdır. Hörmətli qardaşımız Adil bəyin  Androidlə Bluetooth vasitəsilə məsafədən idarə etmə haqqında yazacağı məqalələri anlamaq və tətbiq etməkdə bu yazdıqlarımın  sizlərə köməkçi olacağını düşünürəm.

Qeyd edim ki, haqqında danışacağım Arduinonun bir neçə növünü satışda tapmaq mümkündür. Ən sadəsi Arduino UNO dur. Amma məndə Arduino MEGA2560 olduğu üçün elə bunun üzərində qalmağı düşündüm.

large_7_YourDuinoMEGA2560-1-1024

arduino-mega-2560-microcontroller-back

Yuxarıda gördüyünüz Arduino Meganın üst və alt tərəfdən görünüşləridir. Katda ATmega2560 mikrocontrollerindən istifadə olunmuşdur. Bu kart ilə istədiyiniz proyekti hazırlayırsız və çipi (MCU) proqramladıqdan sonra çıxarmadan yerindəcə istifadə edirsiniz. Bunun üçün kart üzərindəki çıxışlardan yararlanırsınız. Beləki bu çıxışlar birbaşa çipin pilərinə qoşulmuş vəziyyətdədir. Arduino ağlınıza gələn idealarınızı rallaşdırmaqda sizə çox kömək olacaq və sizi dahada həvəsləndirəcək.

Kartın 54 giriş-çıxış pini var, bunlardan 14-nü PWM çıxışı olaraq istifadə etmək olar, 16-sı analog giriş, 4-ü UART (serial port), qalanlarını digital (rəqəmsal) giriş-çıxış kimi istifadə etmək olar. Bundan başqa kartda 16 MHz-lik kristal, USB əlaqə, adaptor girişi, ICSP çıxışı və reset düyməsi vardır.

Xüsusiyyətləri:

Mikrokontroller                          ATmega2560

Çalışma gərginliyi                     5 Volt

Qidalandırma gərginliyi              7-12 Volt (məsləhətli)

Qidalandırma gərginliyi              6-20 Volt (Limit)

Digital İ/O                                 54 (14-ü PWM çıxışı)

Analog giriş pinləri                     16

İ/O pin axınları                           40 mAmper

3,3 Volt pin axını                       50 mAmper

Fləş yaddaş                              256 KB (8 kb bootloader istifadə edir.)

SRAM                                      8 KB

EEPROM                                 4 KB

Saat tezliyi                               16 MHz

Arduino Mega 2560-ı enerji ilə təmin etməyin iki yoldu var. Birinci USB ilə qidalanma, ikincisi adaptor ilə qidalanma. USB qidalanmada artıq yükləmədən qoruyucu açar var. Yəni məsələn Aruino kartınıza servo mator qoşsanız onu idarə etməyə başlayan kimi USB əlaqəsi kəsilir, beləcə enerji əlaqəsidə kəsilmiş olur. Kartın normal işləməsi üçün sabit 5 Volt tələb olunur. Əgər adaptordan istifadə etsəniz 7-12 Volt ilə qidalandırmaq məsləhətdir. 12 voltdan yuxarı enerji versəniz tənzimləyici element çox qızar və kartınızın tez sıradan çıxmasına səbəb olar. Əksinə 7 Voltdan az enerji versəniz tənzimləyici tam olaraq 5 Volt verə bilməyəcək və dövrədə tarazlıq pozulacaq. Bu məsələlərdə diqqətli olun.

Giriş-çıxış pinləri, yuxarıda dediyim kimi 54-ə qədərdir. Bunların hər birini pinMode(), digitalWrite(),  və digitalRead() funksiyalarından istifadə edərək giriş-çıxış kimi istifadə etmək olar. Pinlərin hər biri 5 voltla işləyir və maksimum 40 mA cərəyan axınına dözür. Amma bu o demək deyilki çox axın çəkən cihazlarla işləməyə imkan yoxdur. Tranzistorlar və relelərdən istifadə etməklə istədiyiniz gücdə cihazı idarə edə bilərsiniz. Bundan necə istifadə olunduğunu növbəti məqalələrdə göstərməyi düşünürəm. Bundan başqa bu pinlərin bəzilərinin xüsusi funksiyalarıda var.

  • Ardıcıl: 0 (RX) və 1 (TX); Serial 1: 19 (RX) ve 18 (TX); Serial 2: 17 (RX) ve 16 (TX); Serial 3: 15 (RX) ve 14 (TX). Ardıcıl data almaq (RX) və göndərmək (TX) üçün istifadə olunur. 0 and 1 pinləri eyni vaxtda  ATmega16U2 USB-to-TTL ardıcıl mikrosxeminin müvafiq pinlərinə bağlıdır.
  • Xarici kəsmə: 2 (interrupt 0), 3 (interrupt 1), 18 (interrupt 5), 19 (interrupt 4), 20 (interrupt 3), and 21 (interrupt 2). Bu pinlər xarici kəsmələr üçün istifadə olunur. attachInterrupt() funksiyasından istifadə etməklə hansı  interruptın ne şəkildə istifadə olunacağı bildirilir.
  • PWM: 0 to 13.  8-bit PWM çıxış verir. analogWrite() funksiyası istifadə olunur.
  • SPI: 50 (MISO), 51 (MOSI), 52 (SCK), 53 (SS). Bu pinler SPI kitabxanası istifadə olunaraq SPI əlaqə yaratmağa imkan verir. SPI pinləri eyni zamanda ICSP headerdan da istifadə olunur.
  • LED: 13. 13 nömrəli pində LED vardır. Çıxış HIGH edildikdə LED yanır, LOW edildikdə sönür.
  • TWI: 20 (SDA) and 21 (SCL).  Wire kitabxanasından yararlanaraq TWI əlaqə qurula bilər

Əlavə olaraq deyim ki, Arduino Mega 2560-ın 16 ədəd 10 bit-lik analog pini vardır. Bu pinlər 0-5 Volt aralığındada işləyir.

Arduinoda proqramın yazılması.

Bu keçiddən istifadə etməklə Arduino üçün bütün program driver təminatını endirə bilərsiniz. Endirdikdən sonra, Arduinonu USB ilə komputerinizə birləşdirin. Yüklədiyiniz fayllar qovluğunda drivers qovluğunda arduinoya lazim olacaq bütün driver lər var. Software programıda elə bu qovluqlardadır. Software proqramını açdıqdan sonra bəzi kiçik tənzimləmələr etməlisiniz. Məsələn, Arduinonun hansı növündən istifadə etdiyinizi tanıtmaq kimi.

Yaxud da driver lər olmadan ICSP ilə birbaşa mikrokontrolleri (ATmega2560) proqramlaya bilərsiniz.

Kartın ölçüləri 100mmX50mm-dir. Bundan başqa Arduino Uno, Diecimila və Duemilanove üçün hazırlanmış bütün əlavələrlə uyğundur.

Arduino haqqında çox yazmaq olar, inşallah yazacağıqda. Arduino haqqında bir məqalədə belə bir deyimlə rastlaşdım. Deyir, Arduino ilə istədiyiniz proyekti hazırlaya bilərsiniz, arduinoda sərhəd yoxdur. Sərhəd yalnız sizin (və mənim) təxəyyülünüzdə, sizin istəklərinizdə, idealarınızdadır. Hal-hazırda mən özüm də arduinonu yeni yeni öyrənirəm və öyrəndiklərimi sizinlə paylaşıram. İnşallah növbəti məqalədə bir neçə sadə təcrübələri sizlərə göstərəcəyəm. Əlavə suallarınız olsa forumumuzda mövzu açmaqla ya da mənimlə əlaqə saxlamaqla cavab tapa bilərsiniz. Uğurlar.

Qeyd: Yazıda müxtəlif məqalələrdən istifadə olunmuşdur.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma