Arduino ilə led qırpma (ilk təcrübə)

Salam dostlar söz verdiyim kimi Arduino Mega ilə praktiki məşğələlərə başayırıq. İlk işimiz Arduinoda hər hansı bir pini çıxış olaraq seçmək və LED-i qırpmaq – idarə etməkdir. Yəni Ledi istədiyimiz zaman aralıqlarında istədiyimiz vaxt yanmasını və sönməsini təmin edəcəyik.Mən 13-cü pini çıxış olaraq seçirəm. Çıxış əsasən +5 volt olacaq. Led isə 1,5-2 voltla işləyir. Ledimizin sıradan çıxmaması üçün Ledin anod (+) ayağına 220 om-luq rezistor birləşdiririk və həmin ayağı şəkildəki kimi Arduinonun 13-cü pininə qoşuruq. Ledin digər ayağını yəni katodu (-) isə GND (ground-torpaq)-a qoşuruq.

m1Şəkli böyütmək üçün üzərinə vurun.

m1-1

Dövrəmizin sxematik görünüşünə diqqətlə fikir verin. Yaxşı olardı ki, tanımadığınız detalların simvolik işarəsini dəftərinizdə qeyd edəsiniz.

Sxemlə tanış olduq, bundan sonrası kodlarladır. Əvvəlcədən quraşdırmış olduğumuz Arduinonun “software” proqramı ilə kodları yazacağıq. Bu dil C proqramlaşdırma dilinə əsaslanır. Amma çox sadələşdirilmiş və istifadəçi üçün rahat şərait yaradılmışdır. Aşağıda yazmış olduğum kodları bu proqramla Arduinomuza yükləyirik.

/*
Qırpma
Yazdigimiz kodla LED bir saniye araliginda qirpacaqdir

Gorduyunuz bu isare daxilinde istediyiniz qeydleri ede bilersiniz
*/

// Pin 13 e LED qosulur
// asagidaki emrle Ledin 13 cu pine bagli oldugunu tanidiriq.
int led = 13;

// asagidaki emrde her defe reset vererken ilk basda icra olunacaq is gosterilir
void setup() {
// pin cixis olaraq secildi
pinMode(led, OUTPUT);
}

//  bu ise sonsuz dongudur, durmadan dovri olaraq calisacaq
void loop() {
digitalWrite(led, HIGH);   // HIGH oldugu muddetce 13 cu pinden +5 volt cixacaq,LED yanacaq
delay(1000);               // bu ise gozleme muddetidir-milli saniye
digitalWrite(led, LOW);    // LOW olduqda ise 13-cu pin 0 volt olacaq ve LED sonecek
delay(1000);               //  bu ise gozleme muddeti
}

Milli saniyə ilə yazdığımız 1000 rəqəmini dəyişərək müxtəlif qiymətlər verin və yenidən yükləyin. Bu maraqlı olacaq 🙂

Dövrəni işlək vəziyyətdə görmək üçün aşağıdakı videonu izləyin. Növbəti məşğələmizdə daha maraqlı işlər görəcəyik inşallah.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma