Salam əziz dostlar. Demək olar ki, bütün elektronika həvəskarları artıq “Arduino” ilə tanışdır və irili xırdalı hansısa işləri görməkdə arduinodan rahatlıqla istifadə edirlər. Lakin bəzilərimiz arduino ilə kifayətlənmək istəmirik və işi biraz daha irəli aparmaq istəyirik. Bəzilərimiz PIC mikrokontrollerləri ilə məşğul oluruq, bəzilərimiz isə adı Azərbaycanda yeni yeni eşidilən ARM arxitekturalı STM32 mikrokontrollerləri ilə məşğul olmağa can atırıq. Lakin hardan başlamalı və necə öyrənməli mövzusunda çətinlik çəkirik. Bu məqaləni yazmaqda məqsədim ARM öyrənmək istəyənlər üçün kiçik bir yol xəritəsi cızmaqdır.
İlk növbədə bir ədəd STM32f407VGT6 Discovery kit almağınızı tövsiyyə edirəm. Ebay linki. Həmçinin Dicovery kitin xarakteristikalarını özündə əks etdirən sənədi (User manual) endirb incələməyinizi tövsiyyə edirəm.
Növbəti addım proqram kodlarımızı harada yazacağımızdır. Bunun üçün bir neçə yol göstərəcəm. Birincisi MikroC for ARM-dır, səbəbi isə türk dilində kitabının olmasıdır. Proqram lisenziyalıdır, lakin öyrənmək üçün 32kb qədər kodlarla işləmək mümkündür. Kitab ilə bu keçiddən tanış ola bilərsiniz. Onu da qeyd edim ki, ARM ilə məşğul olanların əksəriyyəti MikroC-ni məsləhət görmürlər. İkincisi Keil uVision5- dır. Bu keçidə daxil olub, anketi doldurduqdan sonra proqramı enirib quraşdıra bilərsiniz. Proqram lisenziyalıdır, lakin öyrənmək üçün 32 kb qədər kodlarla işləmək mümkündür. Üçüncüsü System Workbench for STM32-dur, qısaca AC6. Sizə ən çox tövsiyyə edəcəyim budur. Səbəb isə açıq mənbəli (open source) olmasıdır. AC6-nı enirmək üçün bu keçiddən istifadə edə bilərsiniz. Digər bir pulsuz IDE isə TrueStudio dur. TrueStudio proqramı ST firması tərəfində Atollic şirkətindən alınmış və tam versiyası pulsuz olaraq istifadəyə verilmişdir.
STM32 mikrokontrollerini proqramlamağı öyrənmək istəyənlər aşağıdakı keçidlərdən istifadə edə bilərlər: