Məlumat

elg

        Mən Həsənov Elgün Famil oğlu 1989.01.30 tarixində Gəncə şəhərində doğulmuşam. Orta məktəbi Gəncə şəhərində bitirdikdən sonra 2006-cı ildə Azərbaycan Texniki Universiteti Metallurgiya fakultəsinə qəbul olmuşam. 2010-cu ildə Əlvan Metalların Metallurgiyası ixtisası üzrə universitetin bakalavr pilləsini bitirmişəm. 2010-2011-ci illərdə Dövlət Sərhəd Xidmətində hərbi xidmətdə olmuşam. Hərbi xidməti bitirdikdən sonra 2011-2012-ci illərdə DET-AL Aluminium zavodunda Elektrolizçi vəzifəsində çalışmışam. Kiçik yaşlarımdan elektronikaya olan marağım sonradan bu sahəyə yenidən qayıtmağıma və bu sahəylə peşəkar səviyyədə məşğul olmağıma səbəb olmuşdur. 2012-2017-ci illərdə SOCAR İnformasiya Texnologiyaları və Rabitə İdarəsində NÖC və Avtomatika üzrə çalışmışam. Həmçinin yerli texnologiya istehsalçısı Sumaks Technologies şirkətinin qurucularından biriyəm. 2017-ci ilin əvvəlində Azərbaycan Universiteti və Sumaks Technologies arasında bağlanmış müqaviləyə əsasən Azərbaycan Universitetində yaradılmış texnologiya mərkəzində laboratoriya müdiri vəzifəsində 6 ay müddətində çalışmışam. Hal-hazırda Sumaks Technologies şirkətində Elektronika Araşdırma Mərkəzi və İstehsal Departamentinin rəhbəri kimi fəaliyyət göstərirəm. Həmçinin 2014-cü ildən bu günə kimi Elektronika üzrə praktiki təlimlər keçirəm.

  • Elektronika təlimləri.  Təlim proqramı ilə tanış olmaq üçün bu keçiddən istifadə edə bilərsiniz.