Mən, Elgün Həsənov 2010-cu ildə Azərbaycan Texniki Universitetini “Əlvan Metalların Metallurgiyası” ixtisası üzrə bitirmişəm. Uşaqlıqdan elektronika sahəsinə böyük həvəsim olmuşdur. Bu həvəsin əsas səbəbkarı isə atamdır (özü avtomatika mühəndisidir). Kiçik yaşlarımda onun gördüyü işləri diqqətlə izləyirdim. Xüsusilə Sovet dövründən qalan kitablarını və “RADİO” jurnallarını vərəqləməyi, orada olan sxemləri “qurmağı” çox sevirdim. Hər gün məktəbdən qayıtdıqdan sonra, günümün çox hissəsini balkonda hansısa cihazı söküb, nə isə “düzəltməklə” keçirirdim. Biraz böyüdükdən sonra isə atama işlərində kömək etməyə başladım. Bu təcrübələr mənim gələcək karyerama ciddi istiqamət vermişdir. Universiteti bitirdikdən sonra 2011-ci ildən etibarən, təxminən yarım il Azəralüminium MMC-də (əvvəlki adı: DET-AL) öz ixtisasım üzrə işlədim. Sonradan SOCAR-da NÖC və Avtomatika üzrə çilingər vəzifəsinə işə qəbul oldum. Burada 5 ilə yaxın müxtəlif iş sahələrində çalışdım. 2012-ci ildə elektronika sahəsini peşəkar səviyyədə öyrənməyə qərar verdim. Lakin bu dövr elə də asan olmadı, çünki ətrafımda məsləhət alacağım təcrübəli insan çox az idi. Bu sahəni öyrənərkən əlinizdə düzgün yol xəritəsinin olması çox vacibdir, əks halda proses kor-koranə və sıxıcı ola bilər. Hətta bir mərhələdə be­zib fikrinizdən daşına da bilrəsiniz. Müxtəlif mənbələrdən kitablar oxuyurdum, eyni zamanda oxuduqlarımı daim təcrübədən keçirdim. SOCAR-da işlədiyim dövrdə işdən əlavə elektronika sahəsində fəaliyyət göstərdiyimiz kiçik bir komanda yaratmışdıq. Sonradan bu komanda SU­MAKS Technologies şirkətinə çevrildi. 2017-ci ildə SOCAR-dan ayrılaraq tamamilə öz işlərimizlə məşğul olmağa başladım. SUMAKS Technologies-in qurucularından biriyəm və şirkətdə Elektronika Araşdırma Mərkəzi və İstehsal Departamenti rəbəri vəzifəsində çalışıram. Əlavə olaraq, peşəkar səviyyədə praktiki elektronika və mikrokontroller proqramlaşdırma təlimləri keçirəm.

İnsanlardan Alntılar

Başlamanın yolu, konuşmayı bir kenara bırakmak ve yapmaya başlamaktır.

Walt Disney

Harry, gerçekten kim olduğumuzu gösteren becerilerimizden daha çok kendi seçimlerimizdir.

J. K. Rowling

Bitti diye ağlama, gerçekleştiği için gülümse.

Dr. Seuss

Hadi birlikte bir şeyler inşa edelim.