29 noyabr 2016-cı il tarixində Bakı Ekspo Mərkəzində Azərbaycan Beynəlxalq “Telekommunikasiya və İnformasiya Texnologiyaları” – “Bakutel 2016” sərgi-konfransı öz qapılarını ziyarətçilərin üzünə açdı. Bu sərgidə mən də “Bakcell”-in stendində texniki dəstək üçün iştirak etdim. Səbəb isə Bakcell-in sifarişi ilə hazırladığım qurğu idi. Sərgidə itirakçı olmaq yorucu olsa da çox maraqlı idi. Dost-tanışı orada qarşılamaq, sərgidə olan digər iştirakçıları ziyarət etmək, yeni insanlarla tanış olmaq və sair, düşünürəm xeyli faydalı oldu. Hazırladığım qurğu haqqında qısaca danışım. Bu qurğu qaçış lenti idi. Üzərində biraz modifikasiya işləri gördük. Qaçış lentindən komputerə məlumatların naqilsiz ötürülməsi, orada sürətin və uduşun hesablanması və nəticələrin böyük monitora verliməsi. Qurğu ziyarətçilər tərəfindən maraqla qarşılandı. Həmçinin Bakcell rəhbərliyi tərəfindən də çox bəyənildi. O anları özündə əks etdirən şəkil və videoları sizlərlə bölüşürəm.