Salam “maker”lər və “open source” həvəskarları. Bildiyimiz kimi dövrə dizanı və çap lövhəsi dizaynı üçün müxtəlif cad proqramları var. Ancaq demək olar ki, heç biri büccəmizə uyğun gəlmir, hələ dolların bu vaxtında heç kim bu proqramlara pul vermək istəməz. Bəzi pulsuz proqramlar isə istədiyimiz kimi effektli deyil.
Yəqin hamı razılaşar ki, cad proqramları içində ən yaxşısı Altium Designer-dir. Sizə bir xoş xəbər, Altium şirkəti CIRCUITMAKER adlı tamamilə pulsuz bir proqramı istifadəyə vermişdir. Altium Designer ilə əvvəldən tanış olanlar CM-in Altiumla bənzərliyini dərhal hiss edəcəklər. Altium keyfiyyəti CM də əməlli başlı hiss olunur. CM cloud əsaslı işləyir, yəni internetlə bağlanı şərtdir. İlk baxışda bu problem kimi görünə bilər, amma lazım olan bütün kitabxanaları heç bir yerdə axtarmadan, birbaşa CM ilə clouddan endirib dərhal istifadə etməyin ləzzətini hiss etdikdə internet problemi gözünüzə görünməyəcək. Məncə çox düşünmədən aşağıdakı keçiddən rəsmi səhifəyə daxil olub qeydiyyatdan keçin və elektron poçtunuza göndəriləcək keçiddən proqramı endirin. Təəssüratlarınızı bizimlə bölüşsəniz əla olar 🙂
Qeydiyyat üçün: https://workspace.circuitmaker.com/Account/SignUp