Qaranlıq Sensoru

Salam dostlar. Bu mənim ilk məqaləmdir. Çox sadə amma çox işə yarar bir dövrəni sizinlə paylaşmaq istəyirəm. İşığa həssas dövrə. Əvvəlcə sxemlə tanış olaq.

qaranliq1

Dövrə avadanlıqlarının siyahısı:
1 ədəd LDR
4 ədəd 10 k ohm rezistor
2 ədəd BC547 Tranzistor
1 ədəd 1N4007 Diod
1 ədəd Rele
Əgər relenin açılıb bağlanmasını göstərən LED istəsəniz, LEDi paralel olaraq releyə bağlaya bilərsiniz amma LEDin bir ayağına ardıcıl 470 ohm rezistor qoşmağı unutmayın ki, releyə 12 Volt gərginlik gəlir. 470 ohm rezistorla 2.1 Volt əldə edə bilərsiniz. Bundan başqa LDR-in həssaslığını dəyişdirmək üçün R3-ü 20 k potansiometrlə əvəz edə bilərsiz.

qaranliq2

Mən PCB çəkib hazırladım özüm üçün amma siz deşikli platalardan istifadə edə bilərsiz.

Aşağıda isə PCB nin 3D modelini yerləşdirdim.

qaranliq3

Necə işləməsi barədə yazım. 9-12 Volt DC ilə qidalanır. LDR in üzərinə kölgə düşdükdə rele işləyir, işıq düşdükdə isə işləmir. Releyə isə istədiyiniz hər hansı qurğunu qoşa bilərsiz. Misal üçün elektrik lampasını, balkon lampasının yanıb sönməsi. Gecə düşdükdə balkon lampası yanır, gündüzlər sönür.

Aşağıda çap və montaj edilmiş formasını görə bilərsiniz.

indeks

Bu keçiddən istifadə edərək KiCad proqramında işləmiş proyekt faylını enirə bilərsiniz. Həmçinin proyekt üzərində istədiyiniz kimi dəyişikliklər də edə bilərsiniz.

 

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma