Salam olsun sizə. Bu məqaləmdə daha çox “zazemleniya” deyə eşitdiyimiz “torpaqlama” haqqında yazıram. Günümüzdə bu sistemdən Azərbaycanda demək olar ki, çox az istifadə olunur. Əslində bu təhlükəsizlik baxımından önəmli bir sistemdir. Son dövrlərdə yavaş yavaş bu məsələyə diqqət yetirilməyə başlanılmışdır.
Torpaqlama nədir?
Gərginlik altında olmayan təsisat hissələrinin uyğun ötürücülərlə torpağa basdırılmış elektroda bağlanmasıdır. Torpaqlamadan sonra cihazlarda, şəbəkələrdə olan elektrik sızmaları və statik elektrik bu vasitə ilə torpağa axacaqdır. Beləliklə canlılar və cihazlar üçün təhlükəsiz bir mühit yaradılmış olacaqdır. Demək olar ki bütün elektrik cihazlarında torpaqlama üçün yer vardır. Torpaqlamanın bir neçə üsulu mövcuddur; Qoruyucu torpaqlama, şimşək torpaqlama və s.
Qoruyucu torpaqlama.
İnsanları və canlıları qorumaq üçün cihazların gərginlik altında olmayan metal hissələrini torpaqlamaq lazımdır. Bunlara məişətdə istifadə olunan texnikalar, fabriklərdə istifadə olunan motorlu elektrik cihazları, dəzgahlar, ərazini bağlayan metal çəpərlər və s. aid etmək olar. Bu məqsədlə son dövrlərdə torpaqlama sistemlərindən və qoruyucu relelərdən istifadə olunur. Məsəl üçün bu şəkilə fikir verin. Burada torpaqlama sistemindən və qoruyucu reledən istifadə olunmuşdur. Ona görə də elektrik vurma təhlükəsi 0-a salınmışdır.
Bu şəkildə isə haqqında danışdığımız qaydalara riayət olunmamışdır. Beləki yuxarı mərtəbədə yaşayan qonşunun paltaryuyan maşınında yaranmış nasazlıq və elektrik sızması su borusu ilə aşağı mərtəbələrə ötürülmüşdür. Alt mərtəbədə yaşayan qonşu isə suyu açdıqda cərəyan onun bədənindən yerə (hamamın döşəməsinə) axır. Bu isə elektrik vurma hadisəsidir və həyati təhlükəsi vardır. DIQQƏT! AC 50 Volt (>30 mAmper) dan yuxarı gərginlik insan həyatı üçün təhlükəlidir.
Əgər fikir vermisinizsə bir çox cihazların çəngəlində (“vilka”) və ştepsellərdə (“rozetka”) 0 (“nol”) və fazadan başqa üçüncü bir xətdə mövcuddur. Bu həmin torpaqlama xəttidir. Bu xəttin bir ucu cihazımızın gövdəsinə bağlanır. Digər ucu isə binanın torpaqlama xəttinə bağlanmış olur. Torpaqlama xəttinin digər ucu isə müvafiq qaydada torpağa birləşdirilir. Beləliklə cihazda hər hansı nasazlıq zamanı yaranacaq elektrik sızması torpaqlama xətti ilə torpağa ötürülmüş olacaqdır. Təsəvvür edin əgər bu torpaqlama xətti olmasa həmin bu elektrik sızması siz əlinizi cihazın gövdəsinə vuran zaman sizin bədəninizdən keçərək torpağa çatacaqdır. Bunun həyati təhlükə həddi isə yuxarıda qeyd edilmişdir.
İldırım torpaqlama.
İldırım torpaqlama adından görüldüyü kimi ildırım vurma əleyhinə qoruyucu sistemdir. Bu sistemdən əsasən TV, mobil ötürücü və sair qüllələrdə, binalarda istifadə olunur. Bunun üçün qurğunun yaxud tikilinin ən hündür nöqtəsində ildırım çəkici metal antena quraşdırılır. Beləliklə ildırım çaxması zamanı şimkək qurğu deyil, həmin antena tərəfindən çəkilir və ardıcıl olaraq ötürücü kabellə torpağa ötürülür. Aşağıda göstəriləcək şəkil həm qoruyucu, həm də şimşək torpaqlamaya nümunədir.
Gördüyünüz kimi burada həm metal konstruksiya və antena ildırımdan mühafizə olunub, həm də bina daxilində insanlar elektrik vurmadan mühafizə olunub. Bəzi yerlərdə mənzilə tək faza gəlir və nol ya su xətti borularından yada qaz xətti borularından götürülür. Bu çox təhlükəli haldır və qadağandır! Nol ayrıca bir xətlə transformator şəbəkəsindən gəlməlidir və torpaqlama sistemindən tam izolə edilməlidir. Torpaqlama işlərinin necə yerinə yetirildiyinə biraz daha diqqət edək və aşağıdakı sxemlərdlə fikirlərimizi aydınlaşdıraq.
Gördüyünüz bu şəkildə L1, L2, L3 – fazalardır, N isə noldur. Ana qoruma keçiricisi (iletkeni) isə torpaqlama şəbəkəsinə bağlanmışdır. Həmçinin müvafiq olaraq binada yerləşən lazımi konstruksiyalar da torpaqlama şəbəkəsinə qoşulmuşdur. Bir binanın torpaqlama sistemi onun bünövrəsində yığıla bilər.
Əgər torpaqlama bünövrədədirsə, bünövrədən nol götürmək olmaz. Bundan başqa torpaqlamada istifadə olunan hissələrin misdən olması və torpaqlama kabellərinin yaşıl və sarı solaqlı olması məqsədə uyğundur. Əgər maraqlansanız bu keçiddən qoruyucu relelər haqqında kitab endirə bilərsiniz. Torpaqlamanı Torpaq Analiz Cihazı ilə ölçmək mümkündür.
Torpaqlama ölçmə necə yerinə yetirilir?
Normal ölçmə:
Qeyd: Metal çubuqların sancılacağı yer nəmli olmalırı. Əgər yer daşlı, qumlu və qurudursa, həmin yerə su tökməklə nəmləndirmək olar.
Şəkildə görüldüyü kimi torpaq çubuqları P və C müəyyən dərinlikdə yerə sancılır. Aralarında 5-10 metr məsafə saxlamaqla. Yaşıl naqil E portuna, sarı və qırmızı naqillər isə müvafiq olaraq P və C portlarına qoşulmalıdır. Yaşıl torpaqlama lövhəsidir.
Torpaq gərginliyinin ölçülməsi:
Torpaq voltajını ölçmək üçün açar Earth Voltage vəziyyətinə gətirilir. Beləliklə torpaq voltajı ekranda görünəcəkdir. Əgər torpaq voltajı 10 voltdan yüksəkdirsə torpağın müqavimət ölçümü xətalı olacaqdır. Bunun üçün test edilən cihazı enerji mənbəyindən ayırmaq və gərginliyi azaldacaq tədbirlər görülməlidir.
Torpaq müqavimətinin ölçülməsi:
Bunun üçün test cihazının açarını 2000 Om vəziyyətinə gətirib test düyməsinə basırıq. Ölçmə zamanı işıq yanır. Bundan sonra lazım gələrsə açarın 200 Om və 20 Om vəziyyətlərindədə ölçmələr aparıla bilər.
Vacibdir! Test düyməsi basılı olduğu halda açarın vəziyyətini dəyişdirmək olmaz.
Qeyd: Əgər C terminalının müqaviməti ölçülməyəcək qədər çox olarsa ekranda “……..” işarəsi görünəcəkdir. Bunu düzəltmək üçün torpağın müqaviməti azaldırlmalıdır, belə ki, bunun üçün çubuğun yerləşdiyi yeri nəmləndirmək və naqillərin sağlam olub olmadığını yoxlamaq olar.
Vacibdir! Test zamanı E və C arasında, E və P arasında maksimum 50 Volt AC gərginlik meydana gəlir. Ona görə də ölçmə zamanı çubuqlara toxunmaq olmaz. Bundan başqa naqillərin bir birinə toxunmamasına, bir birinin altından, üstündən keçməməsinə diqqət edin. Əks halda ölçmə düzgün aparılmaya bilər.
Əlavə olaraq qeyd edim ki, bir insanı və ya başqa bir canlını elektrik vurduğu zaman ona əli yalın köməyə qaçmaq olmaz. Əgər elektrik vuran halda onun bədənini açıq hissələrinə toxunsanız elektrik sizədə keçəcəkdir. Komək üçün elektrik keçirməyən vasitələrdən istifadə edin. Vaxtında təcili yardıma bildirməyi unutmayın! Elektrik vurmuş şəxsi torpağa basdırmaq qəti şəkildə yolverilməzdir! Əgər şəxs huşunu itirmişsə üzünə su səpib yaxud burnuna naşatır spirti tutub ayıltmaq lazimdır. Əgər nəfəs amırsa süni nəfəs vermək lazımdır. Ürək döyünmürsə onu masaj etmək olar. Ayıldıqdan sonra kürəyi üstə uzandırmaq, su vermək və təcili yardımı gözləmək lazımdır.
Salam Elgün! 1-Siz metal çubuqların torpağa vurulma dərinliyini qeyd etməmisiniz. İnsan gərginliyə düşdükdə onu bədən axan el.cərəyanı öldürür. Bizdə Y/stansiyada təmir, sazlama – ölçmə işləri apardıqda (220 v) ayağın altına rezin xalça qoyulur və əl təsadüfən 220 v gərginliyə toxunduqda cərəyan vurma halı baş vermir. 2- Qeyd edim ki, torpağın müqaviməti əsas deyil. Əsas olaraq hər hansı gərginlikli avadanlıqan torpağa vurulan torpaqlama konturunun müqavimətinin ölçüməsi əsasdır. Torpaqlama konturunun müqaviməti 220 (380) v, 10 kv, 35 kv, 110 kv, 220 kv, 330 kv və 500 kv-luq avadanlıqlar üçün fəqlidir-Ölçmələr standartlara uyun olmalıdır.
Aleykum salam. Əlavələriniz üçün təşəkkür edirəm. Qeyd etdiyiniz gərginliklər üzrə kontur müqavimətlər cədvəli sizdə varsa yazıya əlavə edə bilərəm.